Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:13.04.2022 15:33:57

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

10 martda Azərbaycanın sülh sazişinin əsas prinsipləri ilə bağlı mövqeyi Ermənistana təqdim edilib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan hökuməti rəsmi Bakının təklifini operativ şəkildə müzakirə edilib və orada rəsmi Yerevan üçün qeyri-məqbul bir şeyin olmadığını etiraf edib.

Paşinyan deyib ki, Ermənistan hələ 1992-ci ildə MDB-nin yaradılmasına dair sazişi ratifikasiya edərək Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin sarsılmazlığını de-yure olaraq tanıyıb və “bu tanıma bu gün də bizim dövlətdaxili qanunvericiliyimizin bir hissəsidir”.

Bununla belə, Paşinyan ermənilərin öz puç xülyalarından əl çəkmədiyini bir daha isbat edib.

Biz təsdiq etdik ki, Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb və Qarabağ məsələsi ərazi məsələsi deyil, hüquq məsələsidir. Müvafiq olaraq, biz təsdiq etdik ki, ermənilərin təhlükəsizlik zəmanətləri, onların hüquq və azadlıqlarının təmin edilməsi və yekun statusun dəqiqləşdirilməsi Ermənistan üçün prinsipial əhəmiyyət kəsb edir“, - deyə o qeyd edib.

Burada xatırladaq ki, Ermənistandan fərqli olaraq Azərbaycan heç zaman ermənilərə qarşı ədalətli mövqe sərgiləyib.

Paşinyan deyib ki, “gündəliyə bu əlavə ilə” Ermənistan sülh danışıqlarına hazırdır və rəsmi Yerevanın “status” xülyasından əl çəkmədiyini əlavə edib.


"Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ