Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənməsi prosesi davam edir.
Müdafiə Nazirliyindən "İslamazeri.com"a verilən məlumata görə, Kəlbəcər rayonunun Alagöllər ərazisində aşkar edilən növbəti 259 ədəd piyada əleyhinə mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Sentyabrın 28-dək Kəlbəcər rayonunun Alagöllər ərazisi ümumilikdə 543 ədəd piyada əleyhinə və 8 ədəd tank əleyhinə TM-62M minasından təmizlənib.
Ermənilərin Kəlbəcərdə basdırdığı növbəti 259 mina zərərsizləşdirilib