Günəş sisteminin planetləri bu gün düz bir xətdə görünəcəklər.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu nadir hadisəni Şimal yarımkürəsində izləmək mümkündür.
Sıralanma aprelin 17-dən formalaşmağa başlayıb, lakin ayın 21-də dəqiq görünəcək. Bunu görmək üçün sübh açılana qədər göyə baxmaq lazımdır.
Təxminən aprelin 23-də Yerin peyki Ay da planetlər sırasına girəcək.
İyunun 24-də Merkuri, Venera, Mars, Yupiter, Saturn, Neptun və Uran daha böyük planetlər xəttində bir araya gələcək.
Bütün bunları durbin və ya teleskopla izləmək mümkündür.
Görünən planetlərin bir xətdə düzülüşü 2005-ci ildən bu yana cəmi 3 dəfə baş verib.
Bu gün Günəş sisteminin planetləri bir düz xətdə görünəcək