Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. İnfo

Kateqoriya : İnfo

Yayınlanma tarixi:9.04.2019 00:17:04

Uzun illər sosial şəbəkələrdə və tarixçilər arasında debatlarda Azərbaycan ərazisində yaşayan türklərin regiona X-XI əsrdə gəldiyi kimi absurd fikirlər səsləndirilir.

Uzun illər sosial şəbəkələrdə və tarixçilər arasında debatlarda Azərbaycan ərazisində yaşayan türklərin regiona X-XI əsrdə gəldiyi kimi absurd fikirlər səsləndirilir.

İslamazeri.com xəbər verir ki, əslində bu tip məlumatlar düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Son illər üzə çıxan araşdırmalar Altay teoriyasının əslində səhv olduğunu üzə çıxarıb. Bu yaxınlarda məsələ ilə bağlı geniş yazını oxucularımıza təqdim edəcəyik. Bu gün isə Azərbaycan rayonlarında hansı türk tayfalarının yaşaması barədə yazını oxucularımıza təqdim edirik.

Bu barədə məlumatı “Ölkə.Az”a tarixçi-alim Əkbər Nəcəf verib.

Məhəmməd Həsən Baharlı "Azərbaycan" adlı əsərində (Bakı, 1921-ci il) XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanda Türk kimlikli tayfaların qəzalara görə yerləşim sahəsini belə təsvir edir:

Kəngərlər - Göyçay, Cavanşir, Şuşa
Kumanlu - Bakı
Çəkirli - Şamaxı
Xələc - Göyçay, Cavad, Zəngəzur
Şamlu - Göyçay və Ağdaş
Qaramanlu - Cavad
Aydınlı - Quba
Yıva - Naxçıvan
İmrəli -Cavad, Cavanşir, Şuşa, Şamaxı
Dögərlər - Gəncə
Bayatlar -Göyçay, Cavad, Quba, Şamaxı və Şuşa
Zülqədər - Gəncə və Şəmşədil
Qacarlar - Göyçay, Cavad, Quba və Şuşa
Baharlı - Şuşa və Zəngəzur
Ustaclu - Quba
Padar - Quba, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Nuxa, Kürdəmir, Dərbənd
Xəlili - Şamaxı, Quba, Göyçay, Cavad, Ağdaş, Naxçıvan
Sor-sorlar - Göyçay, Şamaxı və Quba
Çobanlı - Şamaxı və Cavad
Tatarlar - Gəncə, Cavanşir
Qaraqoyunlu - Cavanşir, Göyçay, Gəncə, Zəngəzur, Nuxa və Quba
Bucaqlar - Göyçay, Cavad, Ağdaş, Nuxa.

1856-cı ilin "Qafqaz təqvimi"ndə isə Azərbaycan türklərinin əsasən bu tayfalardan ibarət olduğu göstərilir:

Xələc, Alpavud, Qaraböruk, Çepni, Qaratəkin, Dizaxlu, Bayandurlu, Qarayundlu, Quzanlu, Qazaxlu, Kumanlu, Börcanlı, Qaramanlı, Türkan, Tərəkəmə, Cəlayiri, Şahsevənli və s.


Biz kimin varisləriyik? - Azərbaycan rayonlarında bu türk tayfaları yaşayır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ