İraqlı rəsmilər günlərdir şiddətli etirazlara səhnə olan Bəsrədəki vəziyyətin normallaşdığını, bu səbəblə küçəyə çıxma qadağasının da ləğv edildiyini bildirib.

İraqlı rəsmilər günlərdir şiddətli etirazlara səhnə olan Bəsrədəki vəziyyətin normallaşdığını, bu səbəblə küçəyə çıxma qadağasının da ləğv edildiyini bildirib.
İslamazeri.com xəbər verir ki, Bəsrədəki təhlükəsizlik rəsmisi olan bir mənbə "Sputnik"ə verdiyi müsahibədə Bağdaddan gələn təhlükəsizlik qüvvələrinin Bəsrə küçələrində yerləşdirildiklərini və şəhərdəki vəziyyətin normallaşmasından sonra küçəyə çıxma qadağasının ləğv edilməsi qərarı verildiyini açıqlayıb.
İraq mərkəzli "Al Sumaria" kanalı daha əvvəl Bəsrədə təhlükəsizlik orqanlarının bir neçə dəfə küçəyə çıxma qadağası tətbiq etmək təşəbbüsü ediliyi, ancaq xalqın hər axşam etirazlar səbəbindən küçələrə çıxması səbəbindən bunun tətbiq edilə bilmədiyini, etirazların intensivliyinin azalma əlaməti göstərmədiyini bildirmişdi.
Bəsrədə küçəyə çıxma qadağası ləğv edilib