“Bank Melli İran”ın Bakı filialı 2022-ci ilin I yarısında aktivlərini 3,7% - 90 milyon 41,27 min manata qədər artırıb

İslamazeri.com xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankın filialından məlumat verilib.
Hesabat dövründə bankın kredit portfeli 1,2% - 9 milyon 728,946 min manata qədər azalıb.
Aktivlərin strukturunda nağd vəsaitlər və digər banklardakı müxbir hesablar ən çox xüsusi çəkiyə malikdir və 57 milyon 140,649 min manat (31 dekabr 2021-ci il tarixinə olan göstərici ilə müqayisədə artım 3,3%), investisiya qiymətli kağızları 18 milyon 627,468 min manat (artım 3,8%) təşkil edir.
30 iyun 2022-ci tarixinə “Bank Melli İran”ın Bakı filialının öhdəlikləri 53 milyon 816,659 min manata (artım 4,6%) bərabərdir. Bankın maliyyə institutları qarşısındakı öhdəlikləri 18,9% - 27 milyon 314,566 min manata qədər artıb, müştəri hesabları 5,9% - 10 milyon 104,229 min manata qədər azalıb.
Bankın kapitalı 36 milyon 224,61 min manat (artım 2,3%), nizamnamə kapitalı 73 milyon 611 min 171,44 manat (dəyişməyib) təşkil edib.
2022-ci ilin I yarısının yekunları üzrə bankın filialının xalis mənfəəti 805,721 min manat (2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 1,4 dəfə) məbləğində olub. 2022-ci il iyunun 30-na bankın bölüşdürülməmiş zərəri 37 milyon 386,561 min manat (ilin əvvəlindən azalma 2,1%) məbləğində qiymətləndirilir.
“Bank Melli İran”ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.
Bank Melli İranın Bakı filialı I yarımillikdə aktivlərini və mənfəətini artırıb