Hadisə bu gün səhər saatlarında paytaxtın Neftçilər proskpektində qeydə alınıb.

Bakıda yol polisini avtomobil vurub.
İslamazeri.com xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, hadisə bu gün səhər saatlarında paytaxtın Neftçilər proskpektində qeydə alınıb.
Polis serjantı Ramin Ağamalıyev ərazidə xidmət apararkən hərəkətdə olan avtomobil onu vurub. Yaralı dərhal Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib, vəziyyəti normaldır.
Bakıda yol polisini avtomobil vurub