Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:15.07.2022 12:11:28

Bu barədə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib.

Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına Azərbaycan yığma komandası kifayət qədər böyük heyətlə qatılacaq.

İslamazeri.com xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib.

O bildirib ki, hazırda İslamiada üçün heyətin formalaşdırılma prosesi davam edir. Hüseynzadə Oyunlara kifayət qədər vaxt qaldığı üçün qısa siyahının müəyyənləşmədiyini söyləyib.

MOK rəsmisi qarşıdakı Oyunlar üçün hədəflərini də açıqlayıb: "Bakıda keçirilmiş əvvəlki Oyunlarda Azərbaycan komanda hesabında birinci yeri tutmuşdu. 2021-ci ildə keçirilməli olan İslamiada bu ilin avqustuna təxirə salınıb. Yenə də qələbə uğrunda mübarizə aparacağıq. Lakin məlumdur ki, IV İslam Həmrəyliyi Oyunlarının yalnız sonuncu günündə biz əsas rəqibimiz Türkiyəni keçə bildik. Burada da əsas rəqibimiz bu komanda olacaq. Ümidvaram ki, Oyunlar maraqlı alınacaq və Azərbaycan idmançıları kifayət qədər uğur qazanacaq. Mən Azərbaycanın ilk "3-lüy"ə daxil olacağını gözləyirəm. Düzdür, proqramda idmançılarımız üçün uğurlu sayılmayan növlər də mövcuddur. Lakin ümidvaram ki, ilk "3-lüy"ə daxil olmaq imkanlarımız var".

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 9 - 18 avqustda keçiriləcək.


Azərbaycanın İslamiadadakı hədəfi açıqlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ