Bunu Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Mispah Demircan söyləyib.

Türk dünyasında, xüsusilə, Türkiyə film sektoru çox gözəl nəticələr verir.
Film sektorumuz dünyanın 152 ölkəsində özünü sübut edib və bu ölkələrdə tələb olunmağa başlayıb. Hazırda dünyada ən geniş əhatəli və davamlılığına görə ən uzun seriallar Türkiyədə istehsal olunur. Bunun nəticəsində türk dünyasında da seriallar baxımından müsbət cavab aldığımızı gördük.
İslamazeri.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Mispah Demircan bildirib.
Bu il Türkiyənin ev sahibliyi ilə keçirilən birinci “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı haqqında danışan nazir müavini deyib: "Türkiyə ilə yanaşı, film sektorundakı uğurları ortada olan Azərbaycan, Özbəkistan, Qırğızıstan və Qazaxıstanda öz-özlüyündən meydana gələn bir ekosistem var ki, bununla əməkdaşlıqlar, film festivalları kimi tədbirlərlə ortaq həyata keçirə biləcəyimiz layihələr, qarşılıqlı təcrübə mübadilələri kimi amillərin önə çıxdığını gördük. Beş ölkənin nazirləri tərəfindən bəyanat imzalandı ki, bu da layihələrin həyata keçirilməsi, film sektorunun aktyor, rejissor prodüsser kimi nümayəndələrini bir araya gətirməyə xidmət edir. Bütün bu ideyalar işığında "Korkut ata" Film Festivalı ortaya çıxdı və bu təməlin doğru olduğunu artıq tədbirin birinci ilində anladıq. Bu festivalın davam olacağını artıq bilirik. Misal üçün 2023-cü ildə Azərbaycan tərəfi bunun Şuşada, Qarabağda keçirilməsini arzu edir və bu türkdilli ölkələr tərəfindən bu ənənə davam etdiriləcək. Gələcəkdə bunun film festivalı deyil, bir mədəniyyət festivalına dönərək davametmə ehtimalı da var".
"Azərbaycanın film sektorundakı uğurları ortadadır"