Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Sentyabrın 28-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Gürcüstana rəsmi səfəri başlayıb.
Bu barədə "İslamazeri.com"a Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.
Azərbaycanın Baş Qərargah rəisinin Gürcüstana səfəri başlayıb