Sərgidə Azərbaycanın mədəniyyətinə, tarixinə, ədəbiyyatına, incəsənətinə, coğrafiyasına dair 250-dən çox kitab sərgilənir.

Azərbaycan Tehran Beynəlxalq Kitab Sərgisində iştirak edir.
Mədəniyyət Nazirliyindən "İslamazeri.com"a verilən xəbərə görə, sərgidə 13 ölkədən 1700 iştirakçı təmsil olunur.
Sərgidə Azərbaycanın mədəniyyətinə, tarixinə, ədəbiyyatına, incəsənətinə, coğrafiyasına dair 250-dən çox kitab sərgilənir, eyni zamanda Qarabağ, Vətən müharibəsi və böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında yeni çap olunmuş nəşrlər nümayiş etdirilir.
Sərgi may ayının 21-ə kimi davam edəcək.
Qeyd edək ki, Azərbaycan sərgidə Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İrandakı Azərbaycan Səfirliyinin dəstəyi ilə iştirak edir.
Azərbaycan Tehran Beynəlxalq Kitab Sərgisində iştirak edir