Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:17.06.2022 16:03:53

Mədəniyyət naziri Anar Kərimov Beyləqan rayonuna səfərdən qayıdarkən iyunun 17-də Sabirabad şəhərində olub.

Mədəniyyət Nazirliyindən "İslamazeri.com"a bildirilib ki, nazir Sabirabadda yerləşən tarixi tikiliyə - “Köhnə hamam”a baxış keçirib. Bildirilib ki, “Köhnə hamam” 1900-cü ildə yerli sakin Seyid Mirmusa Tağıyev tərəfindən inşa olunub və istifadəyə verilib.

Tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına (inventar nömrəsi 4951) daxil edilib.

Anar Kərimov Sabirabad Tarix-Diyarşünaslıq Muzeyində Mədəniyyət Nazirliyinə ayrılan büdcə vəsaiti hesabına aparılan bədii tərtibat işləri ilə də tanış olub. Nazirə muzeyin yenilənən ekspozisiyası haqqında ətraflı məlumat verilib.

Anar Kərimov işlərin vaxtında, keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Xatırladaq ki, nazir Anar Kərimov iyunun 16-da Beyləqan rayonunda vətəndaşların qəbulunu keçirib, həmçinin rayondakı bır sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub, tarixi abidələrə baş çəkib.


Anar Kərimov Sabirabadda tarixi tikiliyə baxış keçirib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ