Bu kişinin “Covid-19” peyvəndini Almaniyanın digər əyalətlərində də almış ola biləcəyindən şübhələnilir.

Almaniyada bir kişinin yeni növ koronavirus (Covid-19) peyvəndi pasportunu sataraq qazanc əldə etdiyi və bəzən gündə 3 dəfə peyvənd olunduğu açıqlanıb.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, “Freie Presse” qəzetində yer alan xəbərə görə, Almaniyanın şərqindəki Saksoniya əyalətində kimliyi söylənilməyən 61 yaşlı kişi gündə 3 dəfə olmaqla ən az 87 “Covid-19” peyvəndi vurdurub.
Almaniya Qızıl Xaç Cəmiyyəti bu adamı peyvənd pasportu satmaqda şübhəli bilərək ona qarşı ittiham irəli sürüb. Qurumun sözçüsü Kay Kraniç “Freie Presse”ə bildirib ki, Almaniya səlahiyyətliləri Qırmızı Xaç Cəmiyyətinin Saksoniya bölməsindən şikayətlər əsasında həmin kişini istintaqa cəlb edib.
Məlum olub ki, adam sığorta kartını heç vaxt təqdim etməyib və bu, səlahiyyətlilərin onu daha tez tanımasına mane olub. Bu kişinin “Covid-19” peyvəndini Almaniyanın digər əyalətlərində də almış ola biləcəyindən şübhələnilir.
Almaniyada bir adam 87 dəfə peyvənd olub