Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.09.2022 15:50:18

Bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak üçün Qazaxıstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 13-də qurultay dəvətlisi Əl-Əzhərin Baş İmamı, Şeyx Əhməd Ət-Tayyib ilə görüşüb.

QMİ-nin Mətbuat Xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərə toxunulub. Şeyxülislam A. Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını nüfuzlu müsəlman din xadimi - Əl-Əzhərin Baş İmamına yetirib.

Müsəlman Ağsaqqalları şurasına üzv seçilməyi ilə əlaqədar QMİ sədri Şeyxülislam A. Paşazadə bu məsələdə təşəbbüskar roluna görə Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd Ət-Tayyibə təşəkkürünü ifadə edib.

Bildirib ki, Əl-Əzhərin Baş İmamının İslam ümmətinin mənafeyinə xidmət edən böyük səylərinə hər zaman dəstək verəcəkdir. Şeyx Əhməd ət-Tayyibin müsəlman aləminin qabaqcıl şəxsiyyətlərindən biri olduğunu, onunla görüşməkdən şərəf duyduğunu bildirən Şeyxülislam A. Paşazadə Əl-Əzhərin Baş İmamı ilə Roma Papası arasında Abu-Dabidə İnsan qardaşlığına dair sənədin imzalanma mərasimində iştirak etməyindən qürur hissi keçirdiyini diqqətə çatdırdı. QMİ sədri əlavə etdi ki, fəaliyyətində, iştirak etdiyi bütün dinlərarası əməkdaşlıq müstəvilərində bu sənədin müddəalarını fəal təşviq edir.

Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd Ət-Tayyib, öz növbəsində, Azərbaycanın möhtərəm dövlət başçısına səmimi salamlarını yetirməyi Şeyxülislamdan rica etdi və yaxın zamanlarda ölkəmizi ziyarət edəcəyinə inandığını bildirdi. Şeyxülislam Allahşükür Paşazadəni Müsəlman Ağsaqqalları Şurasına üzv seçilməyindən sonra baş tutan ilk görüşlərində şəxsən təbrik etməkdən şad olduğunu bildirdi. Əlavə etdi ki, Azərbaycan qədim müsəlman diyarı, İslam mədəniyyətinə nəhəng şəxsiyyətlər bəxş etmiş diyardır. Əmin olduğunu qeyd etdi ki, Şeyxülislam özünün onilliklərlə ölçülən böyük təcrübəsi, nüfuzu və genişmiqyaslı fəaliyyəti ilə Şuranın nüfuzuna güc qatacaqdır. Görüşdə ümumi mövqe olaraq bildirildi ki, İslama və İslam sivilizasiyasına qarşı təxribatların qarşısını almaq, dəyərlərimizi yad təsirlərdən qorumaq birgə vəzifəmizdir. Nüfuzlu müsəlman dini lideri bu çətin vəzifənin həyata keçirilməsində Şeyxülislam A. Paşazadənin dəyərli təcrübəsinə böyük ehtiyac olduğunu qeyd etdi.


Allahşükür Paşazadə Əl-Əzhərin Baş İmamı ilə görüşüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ