Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:3.06.2022 13:53:52

AFFA İntizam Komitəsi (İK) "Qarabağ" və "Zirə" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun final oyununda baş verənlərlə bağlı qərarlanı açıqlayıb.

İslamazeri.com milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi azarkeşlərə görə 4 000 manat məbləğində cərimələnib. Buna fanatların kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi səbəb olub. Tərəfdarlar matçda pirotexnikadan istifadə edərək klubu 800 manat da ziyana salıb.

İK nominal meydan sahibi olan "köhlən atlar"a təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün əlavə 3 200 manat cərimə təyin edib.

"Zirə" klubu isə 1 600 manat ödəyəcək. "Qartallar"ın məşqçisi Eltun Yaqublu cəzalı olduğu halda meydana daxil olduğu üçün cəzasına bir oyun əlavə edilib. Klub buna görə 800 manat ziyana düşüb. Paytaxt təmsilçisi daha 800 manatı 5 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən ödəyəcək.


AFFA Azərbaycan Kubokunun finalçılarını cəzalandırıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ