Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.09.2022 11:58:19

ABŞ-ın yeni hərbi texnologiyaların sınaqdan keçirilməsi üçün Səudiyyə Ərəbistanında baza yaratmağı planlaşdırdığı bildirilib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Səudiyyə Ərəbistanında innovativ hərbi texnologiyaların sınaqdan keçirilməsi üçün mərkəzin yaradılması üzərində çalışdığını təsdiqləyib.

CENTCOM-un sözçüsü polkovnik-leytenant David Eastburn açıqlamasında bildirib:

"Hazırda konsept kimi inkişaf mərhələsində olan “Qızıl Qumlar (Rand Sands) Test Mərkəzi” ABŞ və Yaxın Şərq tərəfdaşları arasında təlim və döyüş hazırlığına innovativ yanaşmadır".

Eastburn bildirib ki, bu sınaq mərkəzinin vizyonu "ABŞ və onun regiondakı tərəfdaşlarının qarşılıqlı fəaliyyət göstərməsi üçün geniş spektrli müxtəlif imkanları sınaqdan keçirmək və müxtəlif pilotsuz hava sistemlərinə qarşı müqavimət göstərməkdir".

Bu konsepsiyanın CENTCOM-un regionda mövcud strateji tərəfdaşlıqlarını davam etdirmək üçün innovativ yollar axtarışlarının bir hissəsi olduğunu qeyd edən İstbern bu mərkəzin və bu kimi gələcək ideyaların ABŞ-ın regiondakı tərəfdaşları ilə əməkdaşlığının nümunəsi olduğunu bildirib.


ABŞ Səudiyyə Ərəbistanında hərbi baza yaradacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ