Atlantik Şurasının beyin mərkəzi etiraf edib ki, İranın neft ixracından əldə etdiyi gəlir indiki sanksiyalara baxmayaraq günü-gündən artır ki, bu da ABŞ-ın Tehrana qarşı sanksiyalarının səmərəsiz olduğunu göstərir.

İslamazeri.com "Parstoday"a istinadən xəbər verir ki, Atlantik Şurasının beyin mərkəzi özünün son hesabatında bəyan edib ki, Tramp dövrünün “maksimum təzyiq” konsepsiyası, neft qıtlığının yaşandığı və hökumətlərin sanksiyalardan yan keçməyə çalışdığı bir dünyada artıq tətbiq olunmur.
Hesabatda İrana qarşı sanksiyaların səmərəsizliyinə də diqqət çəkilib:
"Bir tərəfdən İran sanksiyalardan yan keçməkdə uğur qazanıb, digər tərəfdən Ukrayna müharibəsi sanksiyaya məruz qalan ölkələrin, xüsusən də Rusiya və Çinin ittifaqının güclənməsinə səbəb olub".
Hesabatda həmçinin qeyd olunub ki, Bayden hökuməti benzinin qiymətinin yüksək olması səbəbindən İrana daha çox təzyiq göstərmək istəmir, Fars körfəzindəki ərəb ölkələri isə İrana sanksiyalar tətbiq etməkdən çəkinirlər.
ABŞ beyin mərkəzi İrana qarşı sanksiyaların uğursuz olduğunu etiraf edib